Bakı Ali Neft Məktəbinin tələbəsi Şamil Fərzəlizadə beynəlxalq olimpiadada I yeri qazanıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az məktəbin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında qalib gəlib.
Olimpiadada Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbə iştirak ediblər.