Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-də yerüstü piyada keçidi inşa edilib. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus pavilyonları, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağı yaradılıb, eləcə də piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırma işləri görülüb. Keçidə lift sistemi də quraşdırılıb.
Piyada keçidinin uzunluğu 45 m, aşırım hissəsinin uzunluğu 39 m, eni 3,5 m, pilləkənlərin eni 3 m, yol səviyyəsindən hündürlüyü isə 5,5 m təşkil edir.
Hazırda sözügedən magistral yolun 20,2 və 21,5-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
[URIS id=84498]