Bakı Baş Gömrük İdarəsi (BBGİ) Almaniyanın aparıcı “TASCHEN” nəşriyyatı tərəfindən nəşr olunmuş Avropanın ən böyük rəssamları, heykəltaraşları və mütəfəkkirləri - italyanlar Mikelancelo Buonarotti, Rafael Santi və Titianın həyat və yaradıcılığına dair illüstrasiyalı kitabların pornoqrafik material olmadığını etiraf edib. Bu haqda mağaza şəbəkəsinin sahibi Nigar Köçərli öz Facebook səhifəsində bildirib.
Nigar Köçərli bildirib ki, bu məsələ sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra gecikmiş kitab partiyası buraxılıb.
“Bu işdə bizə yardım edən hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə N.Köçərli qeyd edib.
Daha öncə, 23 yanvar tarixində məlum olub ki, BBGİ-nin əməkdaşları həmin kitabları saxlayaraq pornoqrafiya kitabları adı ilə ekspertizaya göndəriblər.