Bakıda növbəti konsert təşkil olunacaq. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Heydər Əliyev Sarayında Azərbaycan cazının bütün ulduzları bir araya gələcəklər. “Bakı Beynəlxalq Caz Günü” tədbiri 30 aprel tarixində saat 20:00-da təşkil olunacaq. Proqram iki saat davam edəcək.
Konsertə biletləri iticket.az saytından əldə etmək mümkündür. Qiymətlər 49-249 manat aralığındadır.