Bakı bulvarında alça ağacı bitib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Dənizkənarı Milli Parkda, dənizin çəkilmiş hissəsində alça ağacı bitib və artıq bar da verib. Bura artıq çoxunun istirahət məkanına çevrilib. Mütəxəssislər bildiriblər ki, həmin ərazidə bir deyil, hətta bir neçə alça ağacının yetişməsi mümkündür.
“Ola bilər ki, neçə illər öncə insanın yediyi meyvənin çəyirdəyini atdığı torpaq ağacın uyğunlaşması və inkişaf etməsinə səbəb olmuşdur”, - deyə Meyvəçilik və Çayçılıq Elmi-Təqiqat İnstitunun şöbə müdiri Elnarə Əhmədova qeyd edib.
Ağac Ağ şəhər bulvarı ərazisində yerləşir.