Bakının Dənizkınarı bulvarında noyabrın 12-də “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil ediləcək. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Qaçışa qoşulmaq istəyən şəxslər xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ianə etməlidirlər. Toplanan məbləğ “YAŞAT” Fonduna ianə ediləcək.
Yarışın start nöqtəsi bulvarın “Yeddi gözəl” fəvvarəsinin yanında yerləşəcək. İştirakçılar 2 müxtəlif (5 və 10 km) məsəfədən birini seçə bilərlər. 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər. Start/finiş nöqtəsində əyləncəli proqram nəzərdə tutulub.
“Qələbə qaçışı” 2021-ci ildən etibarən keçirilir.