Bakı Dəmiryol Vağzalında sağlamlıq imkanları məhdud uşaqların rəsmləri nümayiş olunub. Bu haqda 3 dekabr tarixində APA məlumat verib.
Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar 1-3 dekabr tarixlərində baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.
Üç gün davam edən sərgidə 30 əl işi nümunəsinin vağzalda satışına şərait yaradılıb. Sərginin sonunda iştirakçılara “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adından təşəkkürnamələr təqdim olunub.