Cari tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan əcnəbilərin sayı açıqlanıb. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
2022/2023-cü tədris ili üzrə BDU-nun Bakalavr pilləsinə 120 əcnəbi qəbul olub. Onlardan 34-ü balakalavr pilləsində, 28-i magistraturada, 7-si doktoranturada, 51-i isə hazırlıq qruplarında təhsil alır. Tələbələr Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt kimi ölkələrdən paytaxta gəlirlər.
Hazırda təhsil müəssisəsinə əcnəbi tələbələrin qəbulu davam edir.