Xəzər rayonunda valideynlər uşaq bağçasından narazıdırlar. Bu haqda 9 iyun tarixində RealTV məlumat verib.
Bir qrup valideyn Buzovna qəsəbəsində yerləşən 289 nömrəli uşaq bağçasındakı vəziyyətdən narahatdırlar. Onlar övladlarının qidalanmasından, onlara edilən qulluqdan narazılıq edirlər.
Bəzi valideynlər uşaqların qidasının standart olduğunu və daha çox makarona üstünlük verildiyini, tərbiyəçilərin isə uşaqları susuz saxladığını, hətta onlara qarşı şiddət göstərdiyini də deyirlər. Onlar bildirirlər ki, bağçaya qəbul olunmaq üçün 300 manat məbləğində pul tələb olunur.
Digər valideynlər isə əksinə, bağçadan və müdiri olan Təranə Zeynalovadan razı qaldıqlarını deyirlər. Hətta valideynlərin biri deyib ki, 9-cu nəvəsini bu bağçaya qoyub.