Paytaxtda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar 3 marşrut üzrə yollar bağlı olacaq. Bu haqda BakuPlus.az Bakı Nəqliyyat Agentliyinə istinadən bu gün, 7 noyabr tarixində xəbər verir.
Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata əsasən, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub:
3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcək.