Bakıda 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidməti məlumat verib.
2022-ci təqvim ilində müvafiq imtahan və müsahibədən uğurla keçmiş 21 nəfər BŞTİ-də təhsil müəssisələrində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işinin təşkilatçısı vəzifəsinə təyin edilib.