Paytaxtın Xətai rayonu, Qaçaq Nəbi küçəsində binanın damında köməksiz vəziyyətdə qalan kişi saxlanılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
63 yaşlı Nizam Məmmədov ayağı sınaraq damdan düşə bilməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Xilasedicilər vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.