Bakı Kitab Mərkəzində autizmli uşaqların konserti baş tutacaq. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az “Baku Book Center”-ə istinadən xəbər verir.
Beynəlxalq Əlillər Gününə özəl autizm xəstəliyindən əziyyət çəkən uşaqlar xüsusi proqramla çıxış edəcəklər.
Tədbir 3 dekabr saat 14:00-da başlayacaq. Giriş sərbəstdir.