top
Bakıda avtobuslar üçün əks istiqamətdə hərəkət təşkil olunacaq - Video
18 oktyabr 2024, 02:55
- +

Bakıda avtobuslar üçün əks istiqamətdə hərəkət təşkil olunacaq - Video

Metronun “28 May” stansiyasının yaxınlığında HUB hazır olduqdan sonra Azadlıq prospektində hərəkət yenidən təşkil olunacaq. Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə deyib.

O bildirib ki, agentlik tərəfindən Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanıb: “Bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur. Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır”.

Səfərov əlavə edib ki, bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək: “Şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının “28 May” metrostansiyası ətrafında yaradılacaq HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək".

Qeyd edək ki, təklif olunan layihənin simulyasiyası da edilib. Həmin videonu təqdim edirik:

 

Son xəbərlər

Sabunçu
Dünən, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
Dünən, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
Dünən, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Xəbər
Dünən, 16:43

Bakıda 31 kq narkotik aşkarlandı - VİDEO

Xəbər
Dünən, 16:00

Zeynəb Xanlarova əməliyyat olundu

Xəbər
Dünən, 15:28

"Melissa Group"un mühafizəçisi sakini döyüb

Xəbər
Dünən, 15:10

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Xəbər
Dünən, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Dünən, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Dünən, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Dünən, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Dünən, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Dünən, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Dünən, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Dünən, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Dünən, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Dünən, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
22 sentyabr 2026, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
22 sentyabr 2026, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
22 sentyabr 2026, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
22 sentyabr 2026, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
22 sentyabr 2026, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
22 sentyabr 2026, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
22 sentyabr 2026, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Oxşar xəbərlər