Paytaxtda yaşayış binasının girişində avtomobili saxlayan şəxs piyadaların yolunu bağlayıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Binada yaşayan sakinlər video çəkərək həyətdən çıxmağın mümkün olmayacağını bildiriblər. Hətta balaca uşaqlar çıxanda çətinlik çəkirlər.
Videokadrlarda əks etdirilən avtomobil 99-OE-963 dövlət nömrə nişanlı “Hyundai Elantra”dır.