Paytaxtın müxtəlif ərazilərində piyada səkilərinin kafe, restoran və digər obyektlər tərəfindən zəbti siyahısına Babək prospektində avtosalon da daxil olub. Bu haqda 12 fevral tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.
Belə ki, "Lukoil" yanacaqdoldurma məntəqəsinin əks-istiqamətində yeni açılmış avtomobil salonu piyadalar üçün ayrılmış 300 metrə yaxın səkini zəbt edib. Salon səkidə satış məqsədi üçün avtomobillər saxlayıb, bu da piyadalara, həmçinin ətrafda işləyən digər mağaza işçilərinə maneə törədir. Halbuki bu, qanuna ziddir.