Dekabrın 26-da Heydər Əliyev Sarayında Aygün Bəylərin “Yaxşı ki, varsan” adlı konserti keçiriləcək. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Həmçinin tədbirdə Aygün Bəylərin “Mehriban” simfonik muğamı CADENZA orkestrinin təqdimatı ilə çıxış edəcəklər. Konsertmeyster Samir Əsədovdur.
Musiqi axşamı saat 20:00-21:30 arası baş tutacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymət 70-100 manat aralığında dəyişir. Yığılan vəsait “YAŞAT” fonduna ianə ediləcək.