Yenilənib:
Araşdırma zamanı məlum olub ki, həmin şəxs digər azyaşlılara qarşı da eyni məzmunda hərəkətlə edib.
Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Əlavə məlumat veriləcək.
11:47 - Bakıda pedofil peyda olub
Paytaxtın Nərimanov rayonunda pedofil peyda olub. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, naməlum şəxs məktəbli qızlara yaxınlaşaraq özü ilə naməlum istiqamətdə aparmaq istəyib. Ancaq azyaşlı ondan qaçaraq yaxınlıqdakı mağazaya daxil olmağı bacarıb.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb.
DİN məsələ ilə bağlı reaksiya verib. Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev detalların tezliklə açıqlanacağını qeyd edib.