Şərq bazarında “Böyük Hindistan Sərgisi”nin açılışı baş tutub. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Açılış mərasimində Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar da iştirak edib. O, çıxışı zamanı bildirib ki, cari ilin ilk 10 ayında iki ölkə arasında dövriyyə 1 milyard 767 milyon ABŞ dolları səviyyəsinə çatıb. Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 184,3% artım deməkdir. Bu dövrdə Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub.
10 gün davam edəcək sərgidə hədiyyələr, əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, eləcə də hind yeməkləri və s. təqdim olunacaq. Giriş sərbəstdir.