Bakıda doğulan məşhur stilist Rusiyada mükafata layiq görülüb. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az mükafatçının rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
Sitilist Vlad Lisoveç Rusiyanın məşhur “FB Journal” portalının versiyasına görə “Stilin ikonası” nominasiyasına layiq görülüb.
Tədbirdə Anfisa Çexova, Anna Xilkeviç, Oleq Qazmanov kimi məşhurlar iştirak ediblər.
Vlad Lisoveç 1972-ci ildə Bakıda anadan olub. O, 1994-cü ildə Moskvaya köçüb. Hazırda stilistin şəxsi gözəllik salonları şəbəkəsi var, eləcə də “LISOschool” stil məktəbi və “LISObon” kofeşoplar şəbəkəsinin sahibidir.