Bakıda mağazalarda bananın qiyməti bahalaşıb. Bu haqda 1 dekabr tarixində Sputnik məlumat verib.
Belə ki, supermarketlərdə bir həftə öncə kiloqramı 2,60 manat - 2,70 manat civarında satılan bananın qiyməti bahalaşaraq alıcılara artıq 3 manata təklif olunur. Bəzi yerlərdə isə banan 3 manat 30 qəpiyə satılır.
İqtisadçı Natiq Cəfərli bildirir ki, bananın qiymətinin bahalaşmasının bir səbəbi logistika xərclərinin artması ilə bağlı ola bilər. Azərbaycana ən çox banan Ekvadordan gətirilir və yol xərclərinin artması qiymətlərə təsir göstərir. Qiymət artımına təsir edən başqa bir amil isə Azərbaycana banan gətirən şirkətlərin sayının az olmasıdır.