Bakı şəhəri ərazisində batareya üçün nəzərdə tutulan qutuların sayı artırılıb. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində qutular artıq Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir Mall və “PMD Group” mərkəzi ofisində quraşdırılıb.
Adıçəkilən layihə çərçivəsində 2022-ci ilin may ayından bu günə qədər ümumilikdə 297 kiloqram işlənmiş batareya toplanmışdır.
Bu addımın məqsədi işlənmiş və ya istifadəyə yararsız elektrik batareyalarını toplayıb çeşidləyərək xüsusi şəraitdə zərərsizləşdirilməsinə nail olmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.