Oktyabrın 21-dən pulsuz sterilizasiya (kastrasiya), itlərin peyvəndlənməsi və çiplənməsi və pişiklərin sterilizasiyası (kastrasiya) başlanır. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Aksiya ev və sahibsiz cinsli və cinssiz heyvanlar aid olunacaq.
Layihədə 17 həkim (baytar, cərrah, anastezioloq, tibbi heyət) iştirak edəcək.
Paytaxtda aksiya 3 gün davam edəcək və həmçinin Quba, Gəncə və Lənkəranda təşkil olunacaq.
Bakıda aksiya Baytarlıq Elmi Tədqiqat İnstitutu (BETİ) və İDEA klinikalarında həyata keçiriləcək.
Həkim xidmətlərindən istifadə etmək istəyənlər Facebook səhifəsində rəy verə bilərlər.