Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsinə nəzarət: çağırışlar və imkanlar” mövzusunda üçgünlük beynəlxalq tədbir keçirilir. Bu haqda bu gün, 17 noyabr tarixində Report məlumat verib.
Tədbirdə 28 ölkədən 60-dan çox beynəlxalq təşkilat və şirkət nümayəndəsi iştirak edir.
Tədbir çərçivəsində iştirakçı şirkətlərin nümayəndələri mina təhlükəsi ilə mübarizədə müasir qlobal çağırışların müzakirəsi və yeni həll üsullarının tətbiqi mövzularında təqdimatlar keçirəcəklər, həmçinin istehsal müəssisələrinin məhsullarının sərgisi keçiriləcək.
Tədbir noyabrın 18-də başa çatacaq.