top
Bakıda Beynəlxalq Qısa Filmlər Festivalına start verilir
07 noyabr 2023, 07:18
- ↺ +

Bakıda Beynəlxalq Qısa Filmlər Festivalına start verilir

Bakı XIV Qısa Filmlər Festivalı keçiriləcək. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az festivala istinadən xəbər verir.

Cari il festivala 78 ölkədən 704 film göndərilib. Onların arasından 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulacaq.

Festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.

Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər, eləcə də gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Bundan əlavə, Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.

Eyni zamanda festival müddətində tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master-klası, qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intelekt texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.

Beynəlxalq müsabiqənin jüriləri aşağıdakılar olacaqlar:


  • “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub mükafatlar qazanan Yavər Rzayev;

  • Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi;

  • Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov;

  • Tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu.


“Asiya istedadları”nın münsiflər heyəti:

  • Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov;

  • Müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar;

  • Bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə.


Yerli müsabiqədə yarışan filmləri qiymətləndirəcək jürilər:

  • Rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəst-xəti ilə fərqlənməyi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə;

  • Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna” - “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı;

  • Müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev.


Film festivalı 10-15 noyabr tarixlərində baş tutacaq. Cədvələ buradan baxa bilərsiniz.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər