Oktyabrın 3-6-sı aralığında paytaxtda bədii gimnastika üzrə III beynəlxalq “Ocaq Kuboku” keçiriləcək.
Report xəbər verir ki, yarış “Ocaq Sport” klubunun təşkilatçılığı ilə baş tutacaq.
Milli Gimnastika Arenasında reallaşacaq yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər.