Bakının Nərimanov rayonunda yerləşən binanın lifti yalnız bir mənzilə xidmət edir. Bu haqda BakuPlus.az Baku Tv-yə istinadən bu gün 25 mart tarixində xəbər verir.
Sakinlərin sözlərinə görə, həmin mənzil icra hakimiyyətinə məxsus olub. Buna görə də mansarda lift çəkilib. Lakin onlara məlum olmayan səbəbdən tikinti yarımçıq qalıb.
Hazırda həmin mərtəbənin açarının da qurumun əməkdaşlarında olduğu bildirilib.