Bakının Heydər Əliyev prospektində baş verən hadisə sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“BMW” markalı avtomobilin sürücüsü tıxac olan zaman, arxa tərəfindən gələn nəqliyyat vasitəsinin kapotunun açıq olduğunu görüb və düşərək onu örtüb.
Sürücünün hərəkəti sosial şəbəkələrdə müzakirəyə səbəb olub.