Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 96 təhsil müəssisəsində təmir işləri aparılıb. Həmçinin Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahələri, Kürdəxanı, Xocəsən qəsəbəsi, Yeni Yasamal yaşayış massivində 7 yeni məktəb tikilib. Bu haqda bu gün, 27 dekabr tarixində BŞTİ-nin mətbuat xidməti məlumat verib.
Bundan əlavə, 257, 277, 215 saylı və “Çiçək” bağçalarında əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni bağça tikilib.
101, 99, 116 saylı və A.Məmmədov adına bağçalarda əsaslı təmir işlərinə başlanılıb.