“Blue Mall” Ticarət Mərkəzində Novruz festivalı keçiriləcək. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az xəbər verir.
“Bahar Fürsətləri” adı altında keçirilən tədbirdə 50 dən çox marka yer alacaq, eləcə də əl işləri üzrə sərgi, master-klaslar, Novruz bayramına özəl fotozona və festivalda iştirak edən markaların loqolarından ibarət “BRANDWALL” olacaq.
Bundan əlavə, Böyük Səhnə, musiqili qonaqlar, bayram motivlərini özündə əks etdirən personajlar və bayrama özəl oyun və əyləncələr, tanınmış simalar, KİV-nin nümayəndələri, rəsmilər və blogerlərin iştirakı ilə bayram lotereyası təşkil olunacaq.