Nəsimi rayonunda daha bir park təmir olunub. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, Taras Şevçenkonun heykəlinin yerləşdiyi parkda cari təmir işləri başa çatıb. Parkda yararsız vəziyyətdə olan qranit, tamet daşları dəyişdirilib, yaşıllıqlar bərpa olunub, oturacaqların cari təmiri həyata keçirilib.
Paralel olaraq rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.