Bakının “Passage 1901” restoranında 24-25 dekabr tarixlərində Yeni il bayramı münasibətilə 39-cu Azərbaycan sənətkarlarının əl işləri sərgisi keçiriləcək. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az məlumat verib.
Yeni il sərgisində qonaqlar üçün sənətkarların məhsullarının nümayişi və satışı təşkil olunacaq. Şənlikdə iştirakçıları təkcə alış-veriş və əl işləri deyil, həm də tanınmış simalar və blogerlərlə canlı ünsiyyət gözləyir.
Sərgi zamanı müxtəlif master-klaslar təşkil olunacaq:
Bununla yanaşı şənlikdə xüsusi fotozonalar, canlı musiqi və rəqslər, ləziz yeməkləri və içkilər, intellektual viktorinalar təşkil ediləcək.
Yarmarkaya giriş pulsuzdur. Sərgi saat 12:00-dan 20:00-a kimi açıq olacaq.