Bakıda daha iki universitetdə tələbələr koronavirusa yoluxub və distant təhsilə keçib. Bu haqda 19 oktyabr tarixində Report xəbər verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 14 qrupunda koronavirusa yoluxma faktı aşkar edilib. Bu səbəbdən həmin qruplar 14 gün müddətinə distant təhsilə keçiblər.
Həmçinin, Bakı Mühəndislik Universitetində 3 tələbədə koronavirus əlamətləri aşkarlanıb. Onlar 14 gün ərzində dərslərdən kənarlaşdırılıblar, onların təhsil aldığı qruplar isə nəzarətə alınıb. Həmin 3 tələbə distant təhsilə keçib.
Daha öncə, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçmişdir.