Bakıda “Royal Hotel”də ekoyarmarka keçiriləcək. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az ecodemy.az İnstagram səhifəsinə istinadən xəbər verir.
"Vərdişlərini yaşıllaşdır - Yaşıl Dəb" adlı yarmarkada ekobizneslərlə tanış olmaq və nə üçün ekoloji təmiz məhsullara üstünlük verməli olduğunuz haqda dolğun cavab tapmaq mümkün olacaq.
Həmçinin yarmarkada təcrübə proqramları və panel müzakirələr də təşkil olunacaq.
Tədbir 11 dekabr saat 12:00-17:00 arası baş tutacaq.