Fevralın 17-də görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illik yubileyi ərəfəsində konsert keçiriləcək. Bu haqda bu gün, 9 fevral tarixində Azərtac-a istinadən Bakuplus.az məlumat verir.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Bakıdakı Rus Evində təşkil olunacaq.
Konsert proqramında Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin BMA-nın tələbələri iştirak edəcəklər.
Konsert proqramının aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alena İnyakinadır.
Fyodor Şalyapin - rus opera müğənnisi, 20-ci əsrin əvvəllərinin simvoludur. O, dünyanın ən nüfuzlu teatrlarında - Bolşoyda, Mariinskidə, Metropoliten Operasında çıxış edib.