Bakıda həyətlərə zibil atanlar problemə çevriliblər. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Bir neçə gün öncə sosial şəbəkələrdə bir nəfərin evinin damında xəbərdarlıq yazaraq binadan atılan zibillərin qarşısını almağa cəhd etdiyini əks etdirən video paylaşılıb. Bu cür hallar paytaxtın bir çox yerlərində müşahidə olunur.
Sellofan torbalar, boş su qabları, məişət tullantıları yaşayış binalarının arasına, məhəllələrə, yol kənarına atılır. Bu vəziyyətin qarşısını isə bu cür yazılarla almağa cəhd edirlər.
“Hər gün yoldaşım təmizləyir. Yenə də atırlar. İnsanlar gərək özləri dərk etsinlər”, – deyə damına yazı yazan sakin qeyd edib.