Bakıda havada tozun və dəm qazının miqdarı normadan artıqdır. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Gün ərzində Bakının müxtəlif rayonlarında toz hissəcikləri 1,2 dəfə, dəm qazı isə 1,3 dəfə normadan çox olub.
Verilən məlumata görə, bunun səbəbi nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.