Bakıda Hellouin bayramına özəl yarmarka keçiriləcək. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az “Muna Fest”ə istinadən xəbər verir.
“Div sərgisi” adlanan yarmarkada yerli brendlərin məhsulları, eləcə də müxtəlif əl işləri təqdim olunacaq. Bundan əlavə, yarmarkada xüsusi Hellouin ab-havası yaradılacaq, musiqili proqram təşkil olunacaq.
Tədbir 1 gün – 29 oktyabr tarixində baş tutacaq. Ünvan Nigar Rəfibəyli küçəsi, 12/14, “Passage 1901”. Giriş sərbəstdir.