Bakıda Hindistan yeməkləri festivalı keçiriləcək. Bu haqda bu gün, 26 noyabr tarixində Bakupuls.az Hindistanın Azərbaycandakı Assosiasiyasına istinadən xəbər verir.
“The Landmark Hotel”-də keçiriləcək tədbirdə Hindistan mətbəxinin təamlarını dadmaq mümkün olacaq. Proqrama həmçinin musiqi, müxtəlif rəqslər, moda şousu və əyləncə daxildir.
Festival 11 dekabr saat 11:00-17:00 arası hotelin 20-ci mərtəbəsində baş tutacaq. Giriş sərbəstdir.