20 oktyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə baş tutan “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın bağlanış mərasimi keçiriləcək.
Tədbirdə xarici ölkə vokalistlərlə yanaşı, yerli sənətçilərimizdən olan Samir Cəfərov, Ramil Qasımov və Fidan Hacıyeva da çıxış edəcəklər.
İfaçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə müşayiət edəcək.
Tədbirdə canlı iştirak etmək istəyənlər biletləri onlayn və ya sarayın kassalarından əldə edə bilərlər.