Azərbaycan Dövlət Filarmoniyasında noyabrın 25-də II Braziliya klassik musiqi festivalı baş tutacaq. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az xəbər verir.
Festivalda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovdur.
Tədbir saat 19:00-da keçiriləcək. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymət 4-20 manat arası dəyişir.