Son iki gün ərzində Bakıda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 14 nəfər müraciət edib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az KTM-in rəsmisi Elnur Hidayətoğluya istinadən məlumat verir.
Onun sözlərinə görə, zərərçəkənlərdən 5-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, digərlərinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.