Bakı Kristal Zalında Həmrəylik Festivalı keçiriləcək. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Gənclər Təşkilatları Milli Şurasına istinadən xəbər verir.
Festivalın konsert proqramında Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drums çıxış edəcəklər.
İlin ən böyük gənclər tədbiri sayılan konsertdə 40.000 gənc iştirak edəcək.
Tədbir 24 dekabr saat 13:00-da başlayacaq.