Paytaxt ərazisində yolların təmizlənməsi davam edir. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Bakı şəhərinin müxtəlif ərazilərinə xüsusi texnika və canlı qüvvə cəlb olunub, yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. Təmizləmə işlərində müəssisələrin və ictimai-iaşə obyektlərinin əməkdaşları da yaxından iştirak edirlər.
İşlər gün ərzində davam etdiriləcək.
[URIS id=86215]