Dekabrın 23-də paytaxtda körpələr üçün Yeni il şənliyi baş tutacaq. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Səhnədə Şaxta baba, illüzionistlər, jonqlyorlar, sehrli quşlar, həmçinin pudel patrulu və digər qəhrəmanlar çıxış edəcəklər.
Tamaşa Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 11:00-12:00 arası keçiriləcək. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 8-30 manat aralığında dəyişir.