Qaradağ rayonunda IDEA İctimai Birliyi "Yaşıl Marafon" çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilir. Bu haqda 2 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verib.
Müşfiqabad qəsəbəsində aprelin 2-də “Yaşıl Marafon 2022” çərçivəsində ilin ilk ağacəkmə aksiyası keçirilib. Kampaniya çərçivəsində 100-dən artıq könüllünün iştirakı ilə 2000 ədəd müxtəlif cinsli ağaclar əkilib, toxumlar səpilib. Aksiyanın əsas məqsədi yaşıllıqların genişləndirilməsinə töhfə verməkdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.
[URIS id=39162]