Bakı Rus Evində yeni sərgi keçiriləcək. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az icmaya istinadən xəbər verir.
Sərgidə keçədən hazırlanmış əl işləri təqdim olunacaq. Burada Nailə Kərimova, Məhbubə Məmmədova, Maya Babayeva və Mehriban Əliyeva kimi mütəxəssislərin əsərləri nümayiş ediləcək.
Tədbirdə keçədən hazırlanmış heyvan fiqurları, eləcə də gül komposiziyaları, şərf və çəkmələr görə biləcəksiniz.
Sərgi 13 yanvar saat 14:00-da baş tutacaq. Giriş sərbəstdir. Ünvan: Üzeyir Hacıbəyli, 77B.