16 oktyabr tarixində Bakıda “All in Two” adlı sərgi keçiriləcək. Tədbir Latviyanın tekstil rəngkarlığı üzrə tanınmış rəssamları İrisa Blumayte və İveta Besenanenin əsərlərindən ibarət olacaq. Bu haqda Report xəbər verib.
Sərgidə hər iki sənətkarın toxuculuq sənətinə dair düşüncələrə, həmin sənətdəki dəyişikliklərə həsr olunmuş əsərləri təqdim olunacaq.
Tədbir noyabrın 15-dək davam edəcək.