top
Bakıda liftlər üçün ödəniş niyə hələ də nağdsız qaydada aparılmır?
04 noyabr 2023, 04:44
- ↺ +

Bakıda liftlər üçün ödəniş niyə hələ də nağdsız qaydada aparılmır?

Lift üçün xidmət haqqını niyə onlayn ödəmək mümkün olmur? Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Həm yeni, həm də köhnə çoxmərtəbəli yaşayış binalarında liftə görə xidmət haqqı hələ də nağd şəkildə ödənilir. Bu da bəzi sakinlərin narazılığına səbəb olur. Digərləri çox vaxtı işləməyən liftə görə nağd ödəniş etməkdən, ümumiyyətlə, imtina edirlər.

“İdarəyə qədər gedib ödəniş etmişdik. Aylarla gəlmədilər. Sonra “xalturşik” ustalar gəldilər, 1 saata həll etdilər. Bundan sonra biz niyə idarəyə pul ödəməliyik ki?!” – deyə sakinlər şikayət edirlər.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, bir sıra kommunal ödənişlər hələ də nağd qaydada ödənilir. Bu da sakinlərdə inamsızlıq yaradır.

“Bir tətbiq ilə şəffaf şəkildə ödəyə bilərəmsə və görə bilərəmsə ki, hara ödədim, bu, daha çox arxayınlıq yaradar. Ümumilikdə isə qapının döyülüb pulun istənilməsi indiki dövrdə insanlar üçün qəbuledilməz sayılır”, – deyə deputat əlavə edib.

“Lift-təmir” İstehsalar Birliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda paytaxt ərazisində 5 idarə var. Onlardan biri nağdsız ödəniş qəbul edir. Yaxın zamanda isə digər idarələrə də yeni sistem tətbiq olunacaq.

“Xüsusi pos-terminal aparatları mövcuddur. Nəzarətçilər vətəndaşa yaxınlaşır, yerindəcə vətəndaşın borcunu müəyyən edir və ona bildiriş təqdim edirlər. Həmin bildirişdə vətəndaşın onlayn ödəniş etməsi üçün lazım olan təlimat yerləşdirilib. Daha sonra vətəndaşlar rahatlıqla onlayn ödəniş edə biləcəklər”, – deyə “Lifttəmir” İstehsalat Birliyinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi İsfəndiyar Kələntərli qeyd edib.

Sözügedən sistem hazırda yalnız Xətai rayonunda keçərlidir.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər