Azərbaycan Milli Xalça Muzeyində tədbir keçiriləcək. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az xəbər verir.
Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi çərçivəsində "Nağıl saatı" təşkil olunacaq. Burada uşaqlar sərgiyə baxış keçirəcək, rəssamın qobelenlərinin mövzu və personajlarından ilhamlanaraq yazılmış “Vətən gülü” nağılını ilk dəfə dinləyəcəklər. Sonda isə maraqlı viktorina keçiriləcək.
Tarix: 10 fevral.
Vaxt: 14:00.
Qeydiyyat linki: https://forms.gle/msRvAQKa6V2aUr8L9.